Lionel Messi Dünya Çempionatı tarixinin ən məhsuldar oyunçusu oldu
Argentinalı ulduz Lionel Messi Avstriya qarşılaşmasında vurduğu qollarla almaniyalı futbolçu Miroslav Klozeni geridə qoyaraq Dünya Çempionatı tarixinin ən qolçu oyunçusu ünvanını qazanıb.
AFN.az xəbər verir ki, turnirdəki ikinci matçında da rəqib qapısına yol tapan təcrübəli futbolcu adını bir daha futbol tarixinə yazdırıb.
Mübarizəyə uğursuz start verən və 8-ci dəqiqədə penalti zərbəsindən yararlana bilməyən Messi bu epizoddan 30 dəqiqə sonra cərimə meydançasından kənardan vurduğu güclü zərbə ilə topu tora qovuşdurub.
Oyunun son fitindən dərhal əvvəl yenidən səhnəyə çıxan ulduz oyunçu iki matçda turnirdəki ümumi qol sayını 5-ə yüksəldərək, Klozenin rekordunu da iki qolla təzələmiş olub.
Çərşənbə günü 39 yaşı tamam olacaq səkkiz "Ballon d'Or" sahibi olan futbolçu turnirin ilk matçında Əlcəzairə qarşı etdiyi het-triklə də böyük rəğbət qazanmışdı.
Turnirə qolları ilə damğa vuran Messi ötən həftə keçirilən müsabiqədə vurduğu ilk qoldan sonra meydanda göz yaşlarını saxlaya bilməmişdi.
Oyundan sonra mətbuat nümayəndələrinin suallarını cavablandıran argentinalı kapitan ətraflı məlumat vermədən çətin günlər keçirdiyini ifadə etmişdi.
Qarşılaşmanın dərhal ardından Messi ailəsi tərəfindən verilən açıqlamada ulduz futbolçunun atası Xorxe Messinin səhhətində problem yarandığı elan olunub.
Ailə əsassız iddiaların qarşısını almaq məqsədilə ictimaiyyətdən spekulyasiyalardan qaçmağı xahiş edib.
Yaşadığı ailəvi stressə baxmayaraq meydana çıxan Messi Avstriya qarşısında nümayiş etdirdiyi performansla komandasını qələbəyə daşımağı bacarıb.
Matçdan əvvəl Messinin yarada biləcəyi təhlükəyə diqqət çəkən Avstriya kapitanı David Alaba argentinalı oyunçunun turnirə het-triklə başlamasını dəlilik kimi qiymətləndirib.
Alaba necə bir rəqiblə qarşı-qarşıya olduqlarını, Messidən əlavə heyətlərində nə qədər keyfiyyətli adların yer aldığını və komanda olaraq nələr edə biləcəklərini çox yaxşı bildiklərini qeyd edib.
Dünya Çempionatında ən çox qol vuran oyunçuya verilən "Qızıl buts" uğrunda yarış Kilian Mbappe və Erlinq Haaland kimi digər ulduzların da səhnəyə çıxması ilə birlikdə daha da qızışır.


