Tayvanda son üç ildə ilk dəfə yerli vəba yoluxması aşkarlanıb


Tayvanda 2023-cü ildən bəri ilk dəfə yerli vəba xəstəliyinə yoluxma halı qeydə alınıb.

AFN.az xəbər verir ki, bu barədə "Focus Taiwan" informasiya portalı məlumat yayıb. Məlumata görə, infeksiyaya son vaxtlar adanı tərk etməyən 70 yaşlarında bir qadın yoluxub.

Bildirilir ki, xəstəliyin ilkin əlamətləri — qusma və qıcolmalar pasiyentdə iyunun əvvəlində bərqərar olub. O, təcili tibbi yardım şöbəsinə yerləşdirilib və analiz üçün nümunələr götürülüb. İyunun 19-da isə nümunələrdə vəba törədicisi olan Vibrio cholerae bakteriyası rəsmən təsdiqlənib.

Həyata keçirilən müalicə sayəsində pasiyentin vəziyyəti yaxşılaşıb və o, hazırda ambulator (ev şəraitində) müalicəsini davam etdirir. Mütəxəssislər hələ də infeksiyanın mənbəyini müəyyənləşdirməyə çalışırlar.

"Focus Taiwan" portalı qeyd edir ki, adada bundan əvvəlki yerli vəba hadisəsi 2023-cü ildə qeydə alınıb, 2022-ci ildə isə bu qəbildən iki yoluxma halı aşkarlanmışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu