Fransada uzun müddətdən sonra ilk dəfə Ebola xəstəliyi aşkarlanıb
Fransada uzun fasilədən sonra ilk dəfə ebola qızdırmasına yoluxma faktı qeydə alınıb.
AFN.az xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
"Səhiyyə Nazirliyi ölkə ərazisində ebola virusunun törətdiyi ilk müsbət yoluxma halının aşkarlandığını təsdiqləyir", – deyə nazirliyin bəyanatında bildirilir. İnfeksiyaya yoluxan şəxsin Konqo Demokratik Respublikasından (KDR) geri qayıdan humanitar missiya həkimi olduğu məlum olub.
Bənzər hadisə sonuncu dəfə 2014-cü ildə qeydə alınmışdı. Həmin vaxt "Sərhədsiz Həkimlər" (MSF) təşkilatının könüllüsü Ebolaya yoluxmuşdu.
