Kiber hücum var, xəbərsiz kreditlər də rəsmiləşdirilir - tanınmış vəkildən xəbərdarlıq
Xəbər verildiyi kimi, Azərbaycanın bank sistemində ciddi problem yaranıb.
AFN.az xəbər verir ki, bir neçə bankın müştəriləri kartlarından vəsaitlərin çəkildiyini bildirirlər. Azərbaycan Beynəlxalq Bankı və "Azericard" açıqlama yayaraq problemi etiraf ediblər. Məsələnin texniki çətinliklə bağlı olduğu deyilsə də, bəzi iddialara görə, bank sisteminə kiber hücum var. Tanınmış vəkil Aqil Layıc bildirib ki, problem dünəndən başlayıb: "Ölkədə bank kartlarına dünəndən etibarən güclü kiber hücumlar var. Kartlarda məbləğlər azalır və kiber hücum nəticəsində kreditlər rəsmiləşdirilərək naməlum yönlərə göndərilir. Diqqətli olun".
"Azericard"ın məsələ ilə bağlı açıqlamasında bildirilir ki, bəzi bankların müştərilərinin kart hesablarında yaranmış problem banklararası hesablaşma fayllarının emalı zamanı “Azəricard”dan asılı olmayan texniki səbəbdən yaranıb.


