Böyük Britaniyada qırmızı həyəcan siqnalı: Anonmal istilər həyatı iflic etdi



Böyük Britaniyada hava temperaturunun 40 dərəcəyə çatacağı gözlənilərkən, ölkə daxilində nəqliyyatın hərəkətində fasilələr və məktəblərin bağlanması qərarları gündəmə gəlib.

AFN.az xəbər verir ki, Meteorologiya Ofisi (Met Office) çərşənbə günü səhər saatlarından etibarən qüvvədə olmaqla, nadir hallarda verilən qırmızı anomal istilik xəbərdarlığı yayımlayıb.

Xəbərdarlığın Londondan Somerset və Suonsiyə, yuxarıda isə Birminqəmə qədər olan geniş bir bölgəni əhatə etdiyi bildirilib.

Səlahiyyətlilər Qərbi Avropa üzərində təsirli olan isti qübbəsi səbəbindən Böyük Britaniya və Uelsin bəzi bölgələrində həddindən artıq yüksək temperaturun qeydə alınacağını açıqlayıblar.

"Network Rail" dəmir yolu şirkəti sərnişinlərə yalnız mütləq zəruri hallarda səyahət etməyi tövsiyə edib.

Relslərin yüksək istidən əyilmə riskinə qarşı qatar səfərlərinin azaldıldığı və sürət məhdudiyyətinin tətbiq olunduğu ifadə edilib.

İsti hava dalğası səbəbindən suya olan tələbatın artması nəticəsində Kent, Sasseks, Sarrey, Hempşir və Berkşir bölgələrində şlanqla suvarma qadağaları qüvvəyə minib.

Hökumət rəsmiləri hadisələrin gedişatını qiymətləndirmək üçün COBR fövqəladə hallar komitəsinin iclasını keçiriblər.

Yüzlərlə məktəb şagirdləri istidən qorumaq məqsədilə dərsləri vaxtından əvvəl bitirmək qərarı alıb, bəzi məktəblərdə isə rəsmi forma tələbi yumşaldılaraq şagirdlərin dərslərə idman geyimlərində gəlməsinə icazə verilib.

Səhiyyə rəsmiləri mövcud hava şəraitinin ümumi əhalinin sağlamlığı üçün risk yarada biləcəyi barədə xəbərdarlıq ediblər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu