Londonda ifrat istilərlə mübarizə tədbiri anomal isti səbəbindən ləğv edilib



"London İqlim Fəaliyyəti Həftəsi" çərçivəsində təşkil olunması nəzərdə tutulan "İfrat Temperatur: Dünya Miqyasında İdarəetmənin Təkmilləşdirilməsi və Fəaliyyətin Gücləndirilməsi" adlı tədbir ölkə daxilində təsirli olan anomal isti hava şəraiti səbəbindən ləğv edilib.

AFN.az xəbər verir ki, London İqtisadiyyat və Siyasi Elmlər Məktəbindən (LSE) verilən açıqlamada proqram çərçivəsində universitetin "Shaw" kitabxanasında keçirilməsi planlaşdırılan görüşün Böyük Britaniya Meteorologiya Ofisinin (Met Office) paytaxt London üçün elan etdiyi qırmızı kodlu anomal isti xəbərdarlığından sonra təxirə salındığı bildirilib.

Tədbirdə qlobal miqyasda anomal temperaturun idarə edilməsinin kritik əhəmiyyəti, həmçinin bu sahədəki əsas çətinliklər və imkanlar mütəxəssislər tərəfindən müzakirə olunmalı idi.

Qeyd edək ki, Böyük Britaniyada bazar günündən bəri davam edən anomal isti hava dalğası son 3 gündə şiddətini daha da artırıb.

Anomal istilərin təsiri ilə çərşənbə axşamından bəri bir çox metro və qatar səfərlərində ləğvlər və genişmiqyaslı fasilələr yaranıb, əhaliyə çox vacib olmadığı təqdirdə səyahət etməmək tövsiyə olunub.

"Met Office" tərəfindən yayılan xəbərdarlıqda temperaturun İngiltərənin bir çox bölgəsində çərşənbə günü 37 dərəcəyə, cümə axşamı və cümə günləri isə 38 dərəcəyə çata biləcəyi qeyd olunmuşdu.

Həmçinin temperaturun bu göstəriciləri də keçmə ehtimalının olduğu diqqətə çatdırılıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu