"Comcast" media şirkətlərini 2 yerə bölür



Media nəhəngi "Comcast" "NBCUniversal""Sky"ı öz tərkibindən ayıraraq xalqa açıq iki ayrı şirkətə bölünəcəyini elan edib.

AFN.az xəbər verir ki, şirkət bu addımla internet fəaliyyətlərini rəqəmsal yayım rəqiblərinin təzyiqi və sektordakı birləşmələr səbəbindən çətin dövr keçirən media və əyləncə bölməsindən ayırmış olacaq.

Açıqlamadan sonra "Comcast"ın səhmləri ABŞ-də birja açılmamışdan əvvəlki əməliyyatlarda 20 faizdən çox bahalaşıb.

ABŞ media sektorundakı bu son böyük sarsıntı ənənəvi televiziya yayımından imtina meylinin illərdir davam etməsi və köklü şirkətlərin "Netflix" ilə daha yaxşı rəqabət apara bilmək üçün böyümə yolları axtarmasından sonra reallaşıb.

Bundan əlavə, "Paramount Skydance"ın "Warner Bros Discovery"ni satın almaq üçün imzaladığı 110 milyard dollarlıq nəhəng saziş də sektordakı rəqabəti artırıb.

Nağd pul axınının böyük hissəsini kabel televiziyası fəaliyyətlərindən təmin edən "Comcast" eyni zamanda genişzolaqlı internet müştərilərini "T-Mobile""Verizon"ın sabit naqilsiz həllərinə, həmçinin infrastruktur şəbəkələrini genişləndirən fiber rəqiblərinə itirir.

Təxminən bir il ərzində tamamlanması gözlənilən bölünmə nəticəsində şirkətlərdən biri "Comcast"ın kabel, naqilsiz rabitə və korporativ xidmətlər bölməsindən ibarət olacaq, digər şirkət isə "Universal" əyləncə parkları, film və televiziya studiyaları, "NBC", "Peacock" rəqəmsal platforması və Avropa mərkəzli "Sky" media qrupu ətrafında formalaşacaq.

"Comcast"ın baş direktoru Mayk Kavana yeni yaradılacaq "NBCUniversal"ın rəhbəri olacaq.

Şirkətin keçmiş maliyyə direktoru Maykl Ancelakis isə ayrılma prosesindən əvvəl strateji məsləhətçi kimi qatıldığı şirkətə bu dəfə "Comcast"ın baş direktoru olaraq qayıdacaq.

Proses başa çatdıqdan sonra "Comcast"ın səhmdarları hər iki şirkətdə pay sahibi olacaqlar.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu