ABŞ-da dronlara görə haubitsaların silahlanması dəyişdirilib
ABŞ Ordusu pilotsuz uçuş aparatlarından müdafiəni təmin edəcək dəyişdirilmiş silah dəsti ilə təchiz olunmuş "M109A7 Paladin" özüyeriyən artilleriya qurğusunu (haubitsanı) sınaqdan keçirir.
AFN.az xəbər verir ki, bu barədə "Army Recognition" nəşri yazıb.
Arizona ştatındakı Yuma poliqonunda məsafədən idarə olunan "Common Remotely Operated Weapons Station" (LP-CROWS) modulu ilə təchiz edilmiş "Paladin" və "M992A3" nəqliyyat-doldurucu maşını sınaqdan keçirilib.
İriçaplı pulemyotla təchiz olunmuş bu qurğu kiçikölçülü dronları vaxtında aşkar etməyə və məhv etməyə imkan verəcək.
Qeyd olunur ki, LP-CROWS heyətə maşının içində qalaraq səmanı idarə etmək və hədəfləri vurmaq imkanı yaradacaq.
Materialda vurğulanır ki, əgər növbəti dözümlülük və istismar sınaqları sistemin etibarlılığını təsdiqləsə, LP-CROWS artilleriya heyətlərinin kiçik pilotsuz aparatlardan qorunmasının gücləndirilməsində mühüm addım ola bilər.
Baza "CROWS" modulu silahlanma, lazer məsafəölçəni, həmçinin gündüz və gecə kameraları olan stabilləşdirilmiş platformadan ibarətdir və operator silahı düymə vasitəsilə idarə edir.
2025-ci ilin oktyabrında isə "The National Interest" jurnalı yazırdı ki, birbaşa qarşıdurma baş verəcəyi təqdirdə "M109" haubitsaları Çin artilleriyası tərəfindən məhv edilə bilər.





