Zelenski və Tramp telefonla danışıblar
Ukrayna və ABŞ prezidentləri Volodimir Zelenski və Donald Tramp telefonla danışıblar.
AFN.az xəbər verir ki, bu barədə "Axios" nəşrinin jurnalisti Barak Ravid "X" sosial şəbəkəsində məlumat verib.
O, mənbəyə istinadən qeyd edib ki, Ukrayna lideri amerikalı həmkarını ABŞ-ın Müstəqillik Günü və bu hadisənin 250 illiyi münasibətilə təbrik edib.
