Venesueladakı zəlzələlərdə həyatını itirənlərin sayı 3342-yə yüksəlib



Venesuelada iyunun 24-də baş verən iki böyük zəlzələdə həyatını itirənlərin sayı 3342-yə yüksəlib.

AFN.az xəbər verir ki, Venesuela Milli Assambleyasının (AN) sədri Xorxe Rodriqes sosial media hesabından etdiyi açıqlamada ölkədə yaşanan iki böyük zəlzələ fəlakəti ilə bağlı son vəziyyəti paylaşıb.

Zəlzələlərdə can itkisinin 3342-yə çatdığını açıqlayan Rodriqes fəlakətdə yaralananların sayının isə 16740 olduğunu bildirib.

Rodriqes indiyədək dağıntılar altından 6462 nəfərin xilas edildiyini, 17345 insanın evini itirdiyini və 79 müvəqqəti sığınacaq mərkəzinin qurulduğunu söyləyib.

Səlahiyyətlilərin 86794 ailəyə yardım çatdırdığını qeyd edən Rodriqes zərərçəkənlərə 9585 ton qida669 min 8 litr suyun da paylandığını diqqətə çatdırıb.

Rodriqes ordu və polisdən ümumilikdə 29567 nəfərin əraziyə cəlb olunduğunu, könüllülərin ümumi sayının isə 27482 olduğunu elan edib.

Yerli mətbuatda dərc olunan xəbərlərə görə, rəsmilər itkin düşənlərlə bağlı müraciətlərin edilməsi üçün telefon xətti və rəqəmsal platforma yaradıblar, lakin taleyi məlum olmayan şəxslərin sayı barədə hələlik yenilənmiş məlumat paylaşmayıblar.

Digər tərəfdən, itkin düşən şəxslərin yaxınlarının müraciət edə bilməsi məqsədilə yaradılan "Venesuela Zəlzələsi İtkinləri" adlı mülki təşəbbüsün internet saytında indiyədək 31 mindən çox insan üçün itkin düşmə bildirişi qeydə alınıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu