Bakıda məktəbin həyətində bıçaqlanma
Bakının Sabunçu rayonunda məktəbin həyətində bıçaqlanma hadisəsi baş verib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, ötən gün saat 23:50 radələrində 2004-cü il təvəllüdlü şəxs (kişi) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
“Döş qəfəsinin kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti ağır stabil qiymətləndirilir”, - deyə məlumatda qeyd olunub.
AFN.az “Teleqraf”a istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində yerləşən 293 saylı tam orta məktəbin həyətyanı sahəsində qeydə alınıb. 2004-cü il təvəllüdlü Hüseynov Şamil Amil oğlu tanışı ilə dava zamanı bıçaqlanıb. Onun qollarına 4, döş qəfəsi nahiyəsinə exceeds 1 bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən son məlumata görə, polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən 22 yaşlı Ə.Məmmədov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
