Taylandda gecə klubunda baş verən yanğında 27 nəfər həlak olub



Taylandın paytaxtı Banqkokda gecə klublarının birində baş verən yanğın nəticəsində ilkin məlumatlara görə 27 nəfər həyatını itirib.

AFN.az xəbər verir ki, Taylandın paytaxtı Banqkokun Çatuçak bölgəsində yanğından mühafizə xidmətinin əməkdaşları yerli vaxtla saat 00:00 radələrində gecə klubunda yanğın baş verməsi ilə bağlı həyəcan siqnalı aldıqlarını bildiriblər.

Səlahiyyətli şəxslər hadisə yerinə cəlb olunan yanğınsöndürənlərin dərhal məkanda olan şəxslərin təxliyəsi işlərinə başladıqlarını qeyd ediblər.

Taylandın Baş naziri Anutin Çarnvirakul hadisə yerində mətbuata verdiyi açıqlamada fəlakət nəticəsində ilkin təsbitlərə əsasən 27 nəfərin dünyasını dəyişdiyini, çoxlu sayda yaralının isə xəstəxanalara çatdırıldığını diqqətə çatdırıb.

Anutin, həmçinin yanğının başvermə səbəblərinin araşdırılması üçün genişmiqyaslı təhqiqata başlanıldığını vurğulayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu