Çində ayaqqabı fabrikində baş verən yanğında 28 nəfər ölüb
Çinin Fucian əyalətində yerləşən ayaqqabı fabrikində yanğın baş verib.
AFN.az xəbər verir ki, hadisə nəticəsində ilkin məlumatlara görə 28 nəfər həyatını itirib.
"South China Morning Post" (SCMP) qəzetinin yaydığı məlumata görə, yanğın yerli vaxtla saat 12:04-də Fucian əyalətinin Cincianq bölgəsindəki ayaqqabı fabriklərindən birində qeydə alınıb.
Səlahiyyətli şəxslər yanğın zamanı ilkin məlumata əsasən 28 nəfərin dünyasını dəyişdiyini bəyan ediblər.
Çin Sədri Si Cinpin yaralıların xilas edilməsi və müalicəsi üçün bütün imkanların səfərbər olunması, həmçinin hadisənin başvermə səbəblərinin araşdırılması barədə göstəriş verib.


