Çində ayaqqabı fabrikində dəhşətli yanğın: 28 nəfər həlak olub
Çinin cənub-şərqindəki Futsyan əyalətində yerləşən ayaqqabı fabriklərindən birində güclü yanğın baş verib, nəticədə azı 28 nəfər həyatını itirib.
AFN.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Hadisə əyalətin Tsyuançou şəhər dairəsində qeydə alınıb.
Yanğın barədə məlumat yerli vaxtla saat 12:00 radələrində daxil olub. Hadisə yerinə dərhal 180-dən çox xilasedici və yanğınsöndürən cəlb edilib. Hazırda yanğının tam söndürülməsi və hadisənin başvermə səbəblərinin araşdırılması istiqamətində işlər davam etdirilir.
