Papua Yeni Qvineyada 6,4 bal gücündə zəlzələ baş verib
Papua Yeni Qvineya sahillərində 6,4 bal gücündə zəlzələnin baş verdiyi bildirilib.
AFN.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) Papua Yeni Qvineyada episentri Lorenqau şəhərindən 191 kilometr cənub-şərqdə yerləşən 6,4 bal gücündə yeraltı təkanların qeydə alındığını açıqlayıb.
Təxminən 10 kilometr dərinlikdə meydana gələn zəlzələ zamanı hər hansı tələfat və ya dağıntı barədə məlumat verilməyib.


