Meksikada baş verən 7,3 bal gücündə zəlzələdən sonra heç bir dağıntı baş verməyib
Meksika Prezidenti Klaudiya Şeynbaum 7,3 bal gücündə baş verən zəlzələdən sonra indiyədək hər hansı bir dağıntı barədə məlumat daxil olmadığını bildirib.
AFN.az xəbər verir ki, ölkənin cənub sahilləri və qonşu Qvatemala üçün sunami xəbərdarlığı edilib.
Şeynbaum "X" hesabından ölkədə baş verən zəlzələ ilə bağlı açıqlamalar verib. Zəlzələdən sonra Çiapas və Tabasko qubernatorları ilə danışdığını qeyd edən Şeynbaum hər iki ştatda indiyədək heç bir dağıntının aşkar edilmədiyini və qonşu ştatlarda da fövqəladə hallar protokollarının işə salındığını bildirib.
Şeynbaum yerli, ştat və federal səviyyəli rəsmilərin zəlzələnin ən çox hiss olunduğu bölgələrdə mümkün struktur ziyanlarını müəyyən etmək və lazımi tədbirləri əlaqələndirmək məqsədilə sahə araşdırmalarını davam etdirdiyini qeyd edib.
Çiapas qubernatoru Eduardo Ramires də zəlzələdən sonra hər hansı bir mənfi halın yaşanmadığını, ştatda inzibati fəaliyyətlərin dayandırıldığını bildirib və özəl sektora da eyni şəkildə hərəkət etmək çağırışı edib.
Çiapas Ştatı Mülki Müdafiə Katibliyi isə qrupların ştat miqyasında araşdırma və ziyanın qiymətləndirilməsi işlərini davam etdirdiyini vurğulayıb.
Mərkəzi Çiapas sahilləri olan zəlzələ səbəbindən evlər, iş yerləri və ictimai binalar ehtiyat tədbiri olaraq təxliyə edilib, ştat daxilində fövqəladə hallar protokolları tətbiq olunub, indiyədək can itkisi və ya ciddi dağıntı qeydə alınmayıb.
Oaxaka qubernatoru Salomon Xara da ştatda araşdırma işlərinə başlanıldığını və indiyədək mühüm bir ziyanın müəyyən edilmədiyini açıqlayıb.
Meksikada baş verən güclü zəlzələdən sonra ölkənin cənub sahilləri və qonşu Qvatemala üçün sunami xəbərdarlığı edilib.
Meksika Hərbi Dəniz Qüvvələrinin Sunami Xəbərdarlıq Mərkəzi tərəfindən edilən açıqlamada ən yüksək riskin Çiapas və Oaxaka ştatlarının sahillərində olduğu bildirilib. Açıqlamada dəniz səviyyəsinin 105 santimetrə qədər yüksəlməsi və dalğalanmaların gözlənildiyi ifadə edilib.
Xəbərdarlığı ləğv edilənə qədər əhalidən çimərliklərdən və sahil xəttindən uzaq durmaq, liman girişlərində isə güclü axıntılara qarşı diqqətli olmaq istənilib.
Hərbi Dəniz Qüvvələrinin Baş katibi Raymundo Pedro Morales isə zəlzələdən sonra dəniz nəqliyyatı və dənizçilik fəaliyyətində hər hansı bir problemin yaşanmadığını bəyan edib.
Morales zəlzələnin səbəb olduğu sunami nəticəsində bəzi çimərliklərdə dəniz səviyyəsinin təxminən yarım metr yüksələ biləcəyini qeyd edərək, vətəndaşları ehtiyat tədbiri olaraq çimərliklərdən uzaq durmağa çağırıb və bundan başqa narahatlığa əsas verən bir vəziyyətin olmadığını diqqətə çatdırıb.
Qvatemala mətbuatında yer alan xəbərlərə görə, Meksika sahillərində baş verən 7,3 gücündəki zəlzələdən sonra Qvatemala Prezidenti Bernardo Arevalo ehtiyat tədbiri olaraq Prezident Sarayından təxliyə edilib.
Arevalo "X" hesabından etdiyi paylaşımda hər şeyin qaydasında olduğunu bildirərək, vətəndaşları sakit olmağa və mümkün yeraltı təkanlara qarşı binaları nizamlı şəkildə tərk etməyə çağırıb.
Zəlzələnin hiss olunduğu ölkədə ilkin məlumatlara görə can itkisi, xəsarət alan və ya maddi ziyan qeydə alınmayıb, paytaxtda bəzi binalar ehtiyat tədbiri olaraq boşaldılıb.
Qeyd edək ki, Meksikanın Akiles Serdan bölgəsinin 48 kilometr cənub-qərbində 7,3 gücündə yeraltı təkanın qeydə alındığı bildirilib.
ABŞ Geolofiya Xidməti Sakit Okean sahillərində 7,3 gücündə zəlzələnin baş verdiyini, zəlzələnin 15,2 kilometr dərinlikdə reallaşdığını bəyan etmişdi.
Bu güclü sarsıntıdan sonra Sakit Okean sahillərində böyüklüyü 5 ilə 6 arasında dəyişən daha 9 ayrı zəlzələnin qeydə alındığı bildirilib.

