CENTCOM: ABŞ-ın İrana yönəlmiş son hücum dalğası başa çatdı
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı ardıcıl yeddinci gecə təşkil edilən hücum dalğasının başa çatdığını elan edib.
AFN.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı "X" hesabından İrana qarşı ötən gün başladılan hücum dalğası ilə bağlı açıqlama yayıb.
Ardıcıl yeddinci gecə həyata keçirilən hücum dalğasının yekunlaşdığı bildirilən açıqlamada müşahidə məntəqələri, hərbi loqistika infrastrukturu və dənizçilik kimi imkanların hədəf alındığı diqqətə çatdırılıb.
Açıqlamada həmçinin "CENTCOM İranı məsuliyyətə cəlb etməyi və dəniz blokadasını tətbiq etməyi davam etdirir" ifadəsi işlədilib.
Qeyd edək ki, CENTCOM tərəfindən ötən gün verilən bəyanatda Bakı vaxtı ilə saat 23:00-da İrana qarşı ardıcıl yeddinci gecə hava zərbələrinin başladıldığı qeyd olunmuşdu.
