İran Prezidenti Hindistanda BRİKS sammitinə qatılacaq


İran Prezidenti Məsud Pezeşkian cari ilin sentyabr ayında Hindistanın paytaxtı Nyu-Dehlidə keçiriləcək BRİKS sammitində iştirak edəcək.

AFN.az xəbər verir ki, bu barədə məlumatı TASS agentliyi İrandakı diplomatik mənbəsinə istinadən yayıb.

"Cənab Prezident Pezeşkianın sammitdə iştirakı artıq təsdiqlənib. O, Nyu-Dehliyə səfər edəcək", — deyə agentliyin həmsöhbəti vurğulayıb.

Qeyd edək ki, sayca 18-ci BRİKS sammiti 2026-cı il sentyabrın 12-13-də Nyu-Dehlidə baş tutacaq. Hindistanın sədrliyi ilə keçirilən builki mötəbər tədbirin ana xətti "Davamlılığın, innovasiyaların, əməkdaşlığın və dayanıqlı inkişafın gücləndirilməsi" mövzusuna həsr olunub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu