Əfqanıstanda daşqın fəlakəti: Ölən və yaralananlar var
Əfqanıstanın şərqindəki Nuristan vilayətində meydana gələn daşqınlarda ən azı 20 nəfər həyatını itirib, 80 nəfər yaralanıb, 100-dən çox şəxsdən isə xəbər almaq mümkün olmur.
AFN.az xəbər verir ki, Əfqanıstanın şərqində yerləşən Nuristan vilayətində intensiv yağışlar daşqınlara səbəb olub.
Yaşayış məntəqələri sular altında qalıb.
Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyindən verilən açıqlamada ən azı 20 nəfərin həlak olduğu, 80 nəfərin yaralandığı, 100-dən çox insanın isə itkin düşdüyü bildirilib.
Daşqın nəticəsində ən çox zərərin vilayətin mərkəzi Parun şəhərində dəydiyi diqqətə çatdırılıb.
Təbii fəlakətdən zərər çəkən ərazilərdə axtarış-xilasetmə işlərinin davam etdirildiyi qeyd olunub.
Əfqanıstan iqlim dəyişikliyinin fəsadlarına qarşı en həssas ölkələr sırasında yer alarkən, bu vəziyyət ölkənin bəzi bölgələrini quraqlığa daha meylli edir, digər ərazilərini isə daha çox yağışa məruz qoyur.


