Trampı tənqid edən Pentaqon rəsmisi işdən kənarlaşdırıldı
Pentaqonun yüksək rütbəli rəsmisi ABŞ Prezidenti Donald Trampı "tipik narsist" adlandırıb və onun administrasiyasının siyasətini kəskin tənqid etdikdən sonra işindən kənarlaşdırılıb.
AFN.az xəbər verir ki, bu barədə "Newsweek" jurnalı məlumat dərc edib.
Nəşrin məlumatına görə, ABŞ Hərbi Dəniz Qüvvələri nazirinin aparatının əməkdaşı Brendon Nyusom Trampın mövcud siyasətini tənqid edərkən gizli kameraya çəkilib. O, həmçinin ABŞ-nin İrana qarşı əməliyyatını "son dərəcə axmaqca" adlandırıb. Videoyazını öz sosial şəbəkə hesablarında amerikalı mühafizəkar aktivist Ceyms O'Kif paylaşıb.
Hərbi Dəniz Qüvvələri nazirinin vəzifələrini icra edən Hang Kao Nyusomun işdən kənarlaşdırıldığını və yaxın vaxtlarda idarə tərəfindən növbəti tədbirlər barədə qərar qəbul ediləcəyini bildirib.

