Aviasiya təhlükəsizliyini dəyişdirən "Pan Am" təyyarəsinin qalıqları 74 il sonra tapıldı



Aviasiya sektorunda sərnişin təhlükəsizliyi təlimatlarının məcburi hala gəlməsinə səbəb olan təyyarə qəzasından sonra "Pan American Airways" şirkətinə məxsus təyyarənin qalıqlarına 74 il sonra ulaşıldı.

AFN.az xəbər verir ki, "Clipper Endeavor" adlı "Douglas DC-4" tipli təyyarə 11 aprel 1952-ci il tarixində uçuşdan qısa müddət sonra mühərriklərində yarana nasazlıq səbəbindən Porto-Riko sahillərində Atlantik okeanına düşmüşdü.

Dənizə sərt eniş edən təyyarədəki sərnişinlər və heyət üzvləri ilk zərbədən sağ çıxsalar da, təyyarənin sürətlə batması səbəbindən xilasedici jiletlərə və xilasetmə qayıqlarına çatmaqda çətinlik çəkmişdilər.

Göyərtədə olan 69 nəfərdən yalnız 17-si sağ qala bilmişdi.

Baş verən qəza kommersiya uçuşlarında hər reysdən əvvəl məcburi edilən təhlükəsizlik məlumatlandırmaları və xilasedici jiletlərin istifadə qaydalarının nümayişi də daxil olmaqla, aviasiya təhlükəsizliyi qaydalarında kapsamlı islahatların aparılmasına zəmin yaratdı.

"Air/Sea Heritage Foundation" rəhbərliyi və müxtəlif tədqiqat təşkilatlarının iştirakı ilə həyata keçirilən axtarış işlərində təyyarənin qalıqları dəniz səviyyəsindən 610 metr dərində avtonom sonar dronu ilə görüntüləndi.

Tədqiqatçılar dövrün mülki aviasiya hesabatlarını, şahid ifadələrini və hava şəraiti məlumatlarını araşdıraraq axtarış ərazisini daraltmışdılar.

İyun ayında aparılan skanlamalarda iki hissəyə bölünmüş halda tapılan qalıqlar üzərində aparılan fotoşəkil araşdırmalarında gövdədəki "Pan Am" loqotipinin və təyyarənin adının hələ də seçilə bildiyi müəyyən edildi.

Aviasiya mütəxəssisləri "Clipper Endeavor" qəzasından sonra tətbiq edilən qaydaların günümüzdəki sərnişin uçuşlarının təhlükəsizlik standartlarının əsasını təşkil etdiyini bildirirlər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu