Astronomlardan kosmosda bənzəri görünməmiş kəşf



Astronomlar Günəş sistemindən kənardakı obyekt kateqoriyalarını yenidən müzakirəyə çıxaran qeyri-adi bir səma cismi kəşf ediblər.

AFN.az xəbər verir ki, CD-35 2722 sistemində aşkarlanan cisim birbaşa bir ulduzun və ya planetin ətrafında fırlanmır.

Avropa Cənub Rəsədxanasının Çilidəki Çox Böyük Teleskopundan istifadə edilərək aparılan və nəticələri "Nature" jurnalında dərc olunan araşdırmada tədqiqatçılar kəşf etdikləri bu cismi hələlik ekso-peyk kimi adlandırmaq qərarına gəliblər.

Günəşin ətrafında fırlanan və qəhvəyi cırtdan kimi tanınan cismin orbitində yerləşən bu quruluş bütün məlumatları alt-üst edir.

Qəhvəyi cırtdanlar ulduz ola bilməyəcək qədər kiçik, lakin planet ola bilməyəcək qədər böyük səma cisimləri kimi təyin olunur.

Tədqiqatın müəlliflərindən olan Kevin Hoy sistemin quruluşunu qiymətləndirərkən bildirib ki, bu səma cismi bir planet olacaq qədər böyükdür, lakin birbaşa bir ulduzun ətrafında fırlanmır.

O, ulduzun ətrafında fırlanan başqa bir cismin ətrafında dövr edir.

Sistemdəki üçüncü halqa olması səbəbindən ona peyk demək istəyirlər, lakin bildiyimiz qayalıq peyklərə heç bənzəmir.

Tədqiqatda yer alan astrofizik Alis Zurlo isə Günəş sistemində planetlər, ulduzlar və peyklər arasındakı sərhədlərin dəqiq olduğunu, lakin bu sistemdə bütün bu anlayışların bir-birinə qarışdığını qeyd edib.

Bu günə qədər 6 mindən çox ekzoplanet müəyyən edən astronomlar hələ ki Günəş sistemindən kənarda varlığı dəqiqləşmiş bir peyk tapa bilməyiblər.

CD-35 2722 sistemindəki bu kəşf təsdiqlənərsə, Günəş sistemindən kənardakı ilk peyk təsbiti kimi tarixə düşəcək.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu