ABŞ-ın strateji hərbi bazalarının yerləşdiyi adaları "Bavi" süperfırtınası vurub
ABŞ-nin Sakit okeanın qərb hissəsində yerləşən ərazisi — Şimali Marian adalarına daxil olan Rota adası və Quam yaxınlığı "Bavi" süperfırtınasının güclü küləkləri və şiddətli yağışlarının təsirinə məruz qalıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, küləyin sürəti saatda 241 km-dən yuxarı qalxaraq 4-cü və ya 5-ci kateqoriyalı tayfun səviyyəsinə çatıb.
Qonşu Quam adasında ABŞ-ın Sakit okean regionundakı əsas hərbi obyektləri, o cümlədən "B-1", "B-2" və "B-52" bombardmançı təyyarələrinin rotasiya olunduğu "Andersen" hərbi-hava bazası və 5 hücum sualtı qayığı üçün lövbərgah rolunu oynayan hərbi-dəniz bazası yerləşir. Quamda ümumilikdə 7 mindən çox fəal hərbi qulluqçu dislokasiya olunub. Arkipelaqın digər adası olan Tinianda isə Vaşinqtonun qüvvələri region üzrə paylamaq strategiyası çərçivəsində aeroportun yenidən qurulması işləri aparılır.

