Livan prezidenti: İsraillə imzalanan çərçivə sənədi sülh sazişi deyil
Livan prezidenti Cozef Aun İsraillə münasibətlərin gələcək mərhələsini müəyyən edən çərçivə sənədinin sülh sazişi kimi qiymətləndirilməsinin yanlış olduğunu bildirib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, prezident ötən həftə Vaşinqtonda imzalanan sənədin iki dövlət arasında tamhüquqlu saziş hesab edilmədiyini deyib.
Aun vurğulayıb ki, Livan bu sənədlə öz hüquqi, siyasi və prinsipial mövqeyindən geri çəkilməyib. O, ölkədə daxili parçalanmaya yol verilməməsinə və küçə etirazlarından çəkinməyə çağırıb.
Məlumata görə, çərçivə sənədi İsrail qoşunlarının Livanın cənubundan dərhal çıxarılmasını nəzərdə tutmur. Sənəddə bu prosesin "Hizbullah" hərəkatının silahsızlaşdırılması ilə əlaqələndirilən mərhələli şəkildə həyata keçirilməsi əksini tapıb.
