Haaqa Məhkəməsi Haşim Taçi ilə bağlı hökmü sentyabrın 16-da elan edəcək
Haaqadakı Kosovoya dair Xüsusi Məhkəmə tanınmamış Kosovonun sabiq prezidenti Haşim Taçi və digər təqsirləndirilən şəxslərlə bağlı hökmü sentyabrın 16-da elan edəcək.
AFN.az məhkəmənin qərarına istinadən xəbər verir ki, hökm yerli vaxtla saat 10:00-da açıq məhkəmə iclasında açıqlanacaq. Məhkəmə sübutların həcmi və işin mürəkkəbliyini nəzərə alaraq qərarın hazırlanması müddətinin uzadıldığını bildirib.
Haşim Taçi və digər keçmiş Kosovo Azadlıq Ordusunun (KAO) komandirləri insanlığa qarşı cinayətlər, o cümlədən təqiblər, qanunsuz azadlıqdan məhrumetmə, işgəncə və qətllər, həmçinin hərbi cinayətlərdə ittiham olunurlar.
Haşim Taçi, Yakup Krasniçi, Kadri Veseli və Recep Selimi 2020-ci ilin noyabrında həbs ediliblər. İttihama görə, onlar Kosovodakı silahlı münaqişə zamanı KAO üzvü kimi törədildiyi iddia olunan cinayətlərə görə məsuliyyət daşıyırlar.
Məhkəmə prosesi 2025-ci il sentyabrın 15-də başlayıb və iş üzrə təxminən 140 zərərçəkən prosesdə iştirak edib.


