Zelenskinin təyyarəsi ABŞ-a gedərkən Böyük Britaniyada eniş edib
Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarəsi ABŞ-a uçuşu zamanı Böyük Britaniyanın Bornmut hava limanında aralıq eniş edib.
AFN.az xəbər verir ki, bu barədə TASS-a Avropa İttifaqının hava hərəkətinin idarə olunması sahəsindəki mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, Zelenskinin təyyarəsi Moldovadan havaya qalxdıqdan sonra Bornmut hava limanına enib, daha sonra isə Vaşinqtona yola düşüb. Bildirilir ki, bu hava limanı əvvəllər Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinin bazası kimi fəaliyyət göstərib.
Məlumata görə, ABŞ Prezidenti Donald Trampın iyulun 28-də Ağ Evdə Volodimir Zelenski ilə görüşü planlaşdırılır. ABC News-un yaydığı xəbərə əsasən, Zelenski ABŞ səfəri çərçivəsində senator Lindsi Qremin dəfn mərasimində də iştirak edə bilər.


