Roberto Mançini yenidən İtaliya millisinin baş məşqçisi oldu



İtaliya Futbol Federasiyası Andrea Pirlo ilə əldə olunan razılaşmanı ləğv edərək milli komandanın baş məşqçi postuna Roberto Mançinini təyin edib.

AFN.az xəbər verir ki, Andrea Pirlo ilə Rusiya mərc şirkətlərindən biri arasında müqavilənin olması səbəbindən İtaliya Futbol Federasiyası onunla razılaşmanı qüvvədən salıb və seçimini Roberto Mançinidən yana edib.

Jurnalist Fabrizio Romanonun yaydığı məlumata görə, Roberto Mançini federasiyanın təklifini qəbul edib. Onun qısa müddət ərzində vəzifəsinin icrasına başlaması gözlənilir.

Roberto Mançini daha əvvəl də İtaliya millisini çalışdırıb və onun rəhbərliyi altında komanda AVRO-2020 turnirinin (2021-ci ildə keçirilən) qalibi olub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu