ABŞ İrana yeni hücumlara başlayıb: Güclü partlayış səsləri eşidilib



ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) İrandakı hərbi hədəflərə qarşı yeni hücum dalğasına başladığını açıqlamasından sonra ölkənin cənubundakı müxtəlif bölgələrdə güclü partlayış səsləri eşidilib.

AFN.az xəbər verir ki, İran dövlət televiziyasının yaydığı məlumata görə, ölkənin cənubunda yerləşən Hörmüzqan vilayətinin Bəndər-Abbas şəhərində iki ayrı partlayış səsi qeydə alınıb.

Vilayətin ərazisində yerləşən strateji əhəmiyyətə malik Əbu MusaKiş adalarında da partlayışların baş verdiyi bildirilib.

Həmçinin Keşm adasında Hörmüz boğazı istiqamətindən, ölkənin cənub-qərbində yerləşən Xuzistan vilayətinin Abadan şəhərində isə müxtəlif partlayış səslərinin eşidildiyi qeyd olunub.

Hücumlarla bağlı eyni vaxtda açıqlama verən ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sosial media hesabında İrandakı hərbi hədəflərə zərbələrin endirilməyə başlandığını bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu