İordaniya ordusu: İrandan atılan 5 raketi məhv etdik



İordaniya ordusu İran ərazisindən buraxılan 5 raketin ölkənin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb.

AFN.az xəbər verir ki, İordaniyanın rəsmi PETRA xəbər agentliyinin yaydığı məlumata görə, ölkənin hava hücumundan müdafiə sistemləri səhər saatlarında İrandan buraxılaraq İordaniya ərazisini hədəf alan 5 raketi aşkar edərək məhv edib.

Məlumatda bildirilir ki, hücum nəticəsində heç bir insan tələfatı və ya maddi ziyan qeydə alınmayıb.

İordaniya Silahlı Qüvvələrinin ölkənin hava məkanını, əhalisini və milli təhlükəsizliyini qorumağa davam etdiyi, eyni zamanda bütün mümkün təhdidlərə qarşı yüksək hazırlıq vəziyyətində olduğu vurğulanıb.

Qeyd edək ki, ABŞ-ın İrana qarşı hərbi əməliyyatları davam etdiyi bir vaxtda Tehran cavab tədbiri olaraq region ölkələrində yerləşən ABŞ hərbi bazalarını hədəfə aldığını bildirir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu