İran: ABŞ müdaxilələrini davam etdirdiyi müddətdə Hörmüz boğazı açılmayacaq
İran İnqilab Keşikçiləri Korpusu ABŞ-ın təhdidləri və bölgədəki dəniz nəqliyyatına müdaxilələri davam etdiyi müddətdə Hörmüz boğazının yenidən açılmayacağını açıqlayıb.
AFN.az xəbər verir ki, İran dövlət televiziyasının yaydığı məlumata görə, İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı ilə bağlı bəyanat yayıb.
Açıqlamada bildirilib ki, Hörmüz boğazı İranın nəzarəti altındadır və ABŞ-ın bölgədəki təhdidləri, eləcə də dəniz nəqliyyatına müdaxilələri davam etdiyi müddətdə boğaz yenidən açılmayacaq. Bəyanatda mövcud vəziyyətin daha da mürəkkəbləşə biləcəyi də vurğulanıb.
İnqilab Keşikçiləri Korpusu həmçinin ABŞ-a dəstək verən ölkələrə xəbərdarlıq edərək bildirib ki, onların mövqeyi dəyişməyəcəyi təqdirdə sərt cavabla üzləşəcəklər.
