İran: Hörmüzdə minalanmış ərazidən keçməyə çalışan 2 gəmidə partlayış baş verib
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazının cənubundakı minalanmış sulardan keçməyə çalışan 2 neft tankerində partlayış baş verdiyini bəyan edib.
AFN.az xəbər verir ki, İnqilab Keşikçiləri Korpusu tərəfindən edilən açıqlamada Hörmüz boğazının cənubundakı minalanmış marşrutla hərəkət etməyə cəhd göstərən 2 neft tankerinin partladığı və alov aldığı bildirilib.
Açıqlamada Hörmüz boğazının ABŞ-ın addımları səbəbindən təhlükəli və tamamilə qapalı olduğu ifadə edilərək, ABŞ-ın hücumları başa çatana qədər boğazdan kimyəvi gübrə, yaxud bir damcı belə neft və təbii qaz ixrac etməyin mümkün olmadığı diqqətə çatdırılıb.
Eyni zamanda dənizçilərə öz təhlükəsizlikləri naminə minalanmış marşruta daxil olmamaları barədə xəbərdarlıq edilib.
