İran Hörmüzdən icazəsiz keçməyə cəhd edən 2 gəmiyə müdaxilə edib



İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) sistemlərini söndürərək Hörmüz boğazından icazəsiz keçməyə cəhd göstərən 2 gəmiyə müdaxilə edildiyini bəyan edib.

AFN.az xəbər verir ki, SEPAH-ın yaydığı açıqlamaya görə, Hörmüz boğazında iki gəminin hərəkətinin qarşısı alınıb.

Sözügedən gəmilərin naviqasiya sistemlərini bağlayaraq İran tərəfindən müəyyən edilmiş marşrutdan kənarda boğazı keçməyə çalışdıqları və SEPAH qüvvələri tərəfindən hər iki gəminin saxlanıldığı öyrənilib.

Baş verən bu hadisədən sonra ABŞ ordusunun İranın cənub sahillərinə zərbələr endirdiyi, İran Silahlı Qüvvələrinin isə cavab tədbiri olaraq İordaniyadakı Şahzadə Həsən aviabazasında yerləşən raket və yanacaq anbarlarını raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə hədəf aldığı bildirilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu