Tramp administrasiyası sığınacaq axtaranların deportasiyası prosedurunu sadələşdirib


ABŞ Prezidenti Donald Trampın administrasiyası sığınacaq verilməsi haqqında müraciətlərin baxılması üzrə yeni qaydalar tətbiq edib. Səlahiyyətlilərin qiymətləndirməsinə görə, bu addım yüz minlərlə miqrantın deportasiyasını sürətləndirməyə və baxılmamış işlərin yığılıb qalmış həcmini azaltmağa imkan verəcək.

AFN.az xəbər verir ki, bu barədə "AFP" məlumat yayıb.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyindən (DHS) bildirilib ki, bundan sonra sığınacaq almaq üçün təqdim edilən ərizələrin bir hissəsi ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətinin (USCIS) əməkdaşları ilə ilkin müsahibədən keçirilmədən birbaşa Ədliyyə Nazirliyinin immiqrasiya hakimlərinə yönləndiriləcək.

Qurumdan bəyan edilib ki, mövcud sistem faktiki olaraq miqrantlara sığınacaq almaq üçün "ikinci şans" tanıyırdı. Təsisatın fikrincə, yeni prosedur həm USCIS əməkdaşları, həm də immiqrasiya hakimləri tərəfindən işlərə baxılma müddətini qısaldacaq.

DHS-nin məlumatına əsasən, dəyişikliklər 444 724-ə qədər işi əhatə edə bilər. Bu isə sığınacaqla bağlı baxılmamış 1,43 milyon müraciətin ümumi sayının təxminən 31%-i deməkdir.

USCIS rəhbəri Cozef Edlou bildirib ki, sığınacaq vermə sistemi deportasiyanı yubatmaq və ya iş icazəsi almaq vasitəsi kimi istifadə edənlər üçün değil, həqiqətən təqib olunmaqdan qorxan insanları müdafiə etmək üçün nəzərdə tutulub.

Ağ Evə qayıtdıqdan sonra ABŞ Prezidenti Donald Tramp qanunsuz miqrasiya ilə mübarizəni sərtləşdirmək, deportasiyaları sürətləndirmək və sərhəddən qanunsuz keçidlərin sayını azaltmaqla bağlı seçkiqabağı vədlərini reallaşdırmaqda davam edir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu