ICE-ın səlahiyyətləri genişləndirildi



ABŞ Prezidenti Donald Trampın administrasiyası İmmiqrasiya və Gömrük Mühafizə İdarəsinə (ICE) qanuni statusa malik bəzi qaçqınları saxlamaq (müvəqqəti həbs etmək) məsələsində geniş səlahiyyətlər verib.

"CBS News"un məlumatına görə, ICE direktor vəkili Todd Lyons və Vətəndaşlıq və İmmiqrasiya Xidmətlərinin (USCIS) direktoru Cozef Edlou tərəfindən imzalanan, hökumət vəkilləri tərəfindən federal məhkəməyə təqdim edilən 18 fevral tarixli rəsmi sənəd üzə çıxıb.

Sənəddə ABŞ-a qanuni yollarla daxil olan, lakin bir il sonra qanuni daimi yaşayış statusu sayılan "Yaşıl kart" (Green Card) əldə etməyən qaçqınların saxlanılması mövzusunda ICE əməkdaşlarına geniş səlahiyyətlər verildiyi görülür.

Yeni qaydalar nələri nəzərdə tutur?

Buna əsasən, ölkəyə gəldikdən bir il sonra daimi yaşayış icazəsi almamış qaçqınların sənədlərinin yenidən nəzərdən keçirilməsi və qiymətləndirilməsi üçün onlar yenidən dövlət nəzarətinə (nəzarət altına) qayıtmalı olacaqlar.

  • Bu şəxslər immiqrasiya bürosuna görüşə gələrək könüllü şəkildə dövlət nəzarətinə qayıda bilərlər.
  • Könüllü gəlmədikləri təqdirdə isə ICE əməkdaşları onları tapıb saxlamalı (həbs etməli) olacaqlar.

Federal qanunvericilik qaçqınların ölkəyə gəldikdən sonra bir il ərzində qanuni daimi yaşayış statusu olan "Yaşıl kart" üçün müraciət etməsini məcburi hesab edir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu