Tramp administrasiyası Massaçusets ştatında yeni miqrant əməliyyatı başlatdı


ABŞ Prezidenti Donald Tramp administrasiyasının Massaçusets ştatında qanunsuz yollarla ölkəyə daxil olan və cinayət törətdiyi bildirilən miqrantların deportasiya edilməsinə yönəlik yeni bir əməliyyat başlatdığı bildirilib.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyindən (DHS) CNN-ə verilən açıqlamada ABŞ Miqrasiya və Gömrük Mühafizə İdarəsi (ICE) tərəfindən həyata keçirilən və “Patriot 2.0” adlandırılan əməliyyatın mayda başlanan əməliyyatın davamı xarakteri daşıdığı bildirilib.

Açıqlamada ştatın paytaxtı Bostonun demokrat meri Mişel Vunun tətbiq etdiyi “sığınacaq şəhəri” siyasəti tənqid edilərək, bu siyasətlərin cinayətkarları cəlb etdiyi və ictimai təhlükəsizliyi təhlükəyə atdığı irəli sürülüb.

DHS yerli orqanlar tərəfindən azadlığa buraxılan miqrant cinayətkarların federal qruplar tərəfindən tutulacağını və deportasiya ediləcəyini bəyan edib.

Digər tərəfdən, Boston meri Vu açıqlamasında əməliyyatın şəhərin resursları ilə dəstəklənməyəcəyini bildirib.

Massaçusets qubernatoru Maura Hili isə MSNBC-yə verdiyi açıqlamada “ICE və administrasiyanın etdikləri ictimai təhlükəsizliklə bağlı deyil, siyasi bir nümayişdir. Bu, siyasi güc addımı və göz dağı vermə cəhdidir” deyib.

Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi, Bostonun “sığınacaq şəhəri” siyasətinə görə Vu administrasiyasına qarşı məhkəmə iddiası qaldırmışdı.

Daxili Təhlükəsizlik naziri Kristi Noem ayın əvvəlində ICE-ın ölkənin böyük şəhərlərindəki əməliyyatlarını genişləndirməyi planlaşdırdığını təsdiqləmişdi.

ABŞ-ın Los-Anceles şəhərində Miqrasiya və Gömrük Mühafizə İdarəsi (ICE) tərəfindən saxlanılan qeyri-qanuni miqrantlara dəstək məqsədilə keçirilən etiraz aksiyaları zamanı çox sayda insan həbs olunmuş, zaman-zaman təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşmalar yaşanmışdı.

Tramp administrasiyası vəziyyəti nəzarət altına almaq məqsədilə Milli Qvardiya və dəniz piyada qüvvələrini vəzifələndirmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu