Paraqvay Braziliya səfirini XİN-ə çağırıb


Paraqvay Xarici İşlər Nazirliyi Braziliya Prezidenti Luis İnasio Lula da Silvanın Üçlər İttifaqı müharibəsi (1864–1870) ilə bağlı səsləndirdiyi fikirlərə görə bu ölkənin səfirini XİN-ə çağırıb.

AFN.az xəbər verir ki, bunu Paraqvayın xarici işlər naziri Ruben Ramires Leskano açıqlayıb.

Nazirin sözlərinə görə, səfirə hökumətin rəsmi notası təqdim ediləcək. O bildirib ki, Paraqvay hakimiyyəti ölkə vətəndaşlarının bu tarixi hadisə ilə bağlı həssas mövqeyini bölüşür.

Məlumata görə, məsələ Paraqvay və Braziliya prezidentləri arasında telefon danışığında da müzakirə olunub.

Qeyd edək ki, Lula da Silva çıxışlarının birində Üçlər İttifaqı müharibəsinin başlanmasına görə məsuliyyəti Paraqvayın üzərinə qoymuşdu. Həmin müharibədə Paraqvay ağır məğlubiyyətə uğramış, kişi əhalisinin böyük hissəsini və ərazisinin təxminən 40 faizini itirmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu