Uitkoff və Kuşner yaxın həftələrdə Kiyevə səfər edəcək
Amerikalı jurnalist və siyasi fəal Lora Lumer ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin yaxın həftələrdə Kiyevə səfər edəcəyini iddia edib.
AFN.az xəbər verir ki, Lumer bu barədə X sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, Stiv Uitkoffla telefon danışığı zamanı xüsusi nümayəndə Kiyevə səfər planını təsdiqləyib. Bildirilib ki, səfər zamanı Rusiya-Ukrayna münaqişəsinin nizamlanması məsələsi müzakirə olunacaq.
Lumer qeyd edib ki, bu, Donald Tramp administrasiyası dövründə Rusiya-Ukrayna müharibəsi ilə bağlı Kiyevdə keçiriləcək ilk yüksək səviyyəli danışıq ola bilər.
Jurnalist əlavə edib ki, daha əvvəl Ukraynaya səfəri zamanı Uitkoff və Kuşneri Moskva əvəzinə Kiyevə gedərək danışıqlar aparmağa çağırmışdı.
