Şəhidin azyaşlı övladı vəfat etdi
Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin giziri Əli Quliyevin oğlu vəfat edib.
"Qafqazinfo"ya istinadən xəbər veririk ki, şəhidin böyük oğlu Mürsəl Quliyev ağır xəstəlik səbəbindən həyatını itirib.
Qeyd edək ki, Əli Tədbir oğlu Quliyev 1984-cü il sentyabrın 9-da İmişli rayonunun Otuziki kəndində anadan olub. 18 il Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrində xidmət edib. Vətən müharibəsi zamanı – 2020-ci il oktyabrın 27-də Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və çoxsaylı medal, ordenlərlə təltif edilib.



