Netflix-ə oğurlanan Nikolas Keyc filmi ilə bağlı 105 milyon dollarlıq iddia qaldırılıb



Hələ nümayişə çıxmamış Nikolas Keycin rol aldığı İkinci Dünya müharibəsi mövzusunda çəkilən triller filminin saxlandığı sərt diskin oğurlanmasından sonra Netflix şirkətinə qarşı 105 milyon dollarlıq təzminat iddiası qaldırılıb.

AFN.az xəbər verir ki, hadisə Netflix-in Los-Ancelesdəki ofisində baş verən oğurluqdan sonra üzə çıxıb.

Məlumata görə, oğurluq zamanı bir neçə sərt disk aparılıb. Onlardan birində büdcəsi 45 milyon dollar olan "Fortitude" adlı casusluq filminin rəqəmsal nüsxəsi saxlanılırdı.

Filmin prodüser şirkəti ekran əsərinin itirilməsinə görə məsuliyyəti Netflix-in daşıdığını bildirərək platformaya qarşı hüquqi proses başladıb.

Netflix sözçüsü isə açıqlamasında filmin sənaye standartlarına uyğun təhlükəsizlik tədbirləri görülmədən təhvil verildiyi və şirkətin buna görə məsuliyyət daşıdığı barədə iddiaları rədd edib.

Sözçü bildirib ki, Netflix filmin yayım hüquqlarına malik deyil, lakin məzmunun təhlükəsizliyinə ciddi yanaşır və çəkiliş heyətinə dəstək məqsədilə pirat saytların izlənilməsi də daxil olmaqla zəruri addımlar atır.

Məlumata əsasən, Netflix tanıtım materialları ilə tanış olduqdan sonra filmin rəqəmsal nüsxəsini iyun ayında qəbul edib.

Daxili nümayişdən sonra faylların silinməsi barədə göstəriş verilsə də, bundan sonra oğurluq hadisəsinin baş verdiyi bildirilib.

Netflix-in Film Alışları şöbəsinin rəhbəri Şon Berni şirkətin tarixində ilk dəfə belə oğurluq hadisəsi ilə üzləşdiyini və təhlükəsizlik xidmətləri ilə aparılan araşdırmaların hələ nəticə vermədiyini deyib.

Şirkət həmçinin hadisə ilə bağlı polis hesabatının hazırlanıb-hazırlanmadığı barədə məlumat verməməkdə və prodüserlərin tələbinə baxmayaraq Los-Anceles Polis Departamentini (LAPD) araşdırmaya cəlb etməməkdə ittiham olunur.

İddia ərizəsində qeyd olunur ki, hadisə səbəbindən filmin beynəlxalq nümayiş strategiyası və mükafat kampaniyaları ciddi zərbə alıb, 45 milyon dollarlıq investisiya və layihənin kommersiya dəyəri risk altına düşüb.

Simon Vestin rejissorluq etdiyi Londonda çəkilmiş casusluq filmində Nikolas Keyc ilə yanaşı, Metyu Qud, Maykl Şin və Ben Kinqsli də rol alırlar.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu