Danimarka İspaniyanın Şengen üzvlüyünün dayandırılmasını müzakirə etməyə çağırıb
Danimarkanın Baş naziri Mette Frederiksen Avropa İttifaqını İspaniyanın Şengen zonasındakı üzvlüyünün dayandırılması məsələsinə baxmağa çağırıb.
AFN.az AFP-yə istinadən xəbər verir ki, Frederiksen bunun səbəbini nəzarətsiz miqrasiyanın Avropa üçün yaratdığı təhlükə ilə izah edib.
Baş nazir bildirib ki, Aİ vəziyyətlə bağlı bütün mümkün variantları, o cümlədən Şengen əməkdaşlığının dayandırılmasını nəzərdən keçirməlidir.
Frederiksen həmçinin qeyd edib ki, İtaliyanın Baş naziri Corca Meloni ilə bu məsələni müzakirə edib. Onun sözlərinə görə, Avropa liderləri yaranmış vəziyyəti dəyərləndirmək üçün yaxın vaxtlarda bir araya gələcəklər.
