İspaniya: Son 24 saatda 49 mindən çox insan Seutaya keçib



İspaniya hökuməti son 24 saat ərzində Seuta şəhərinə üzərək və ya piyada keçən insanların sayının 49 mindən çox olduğunu ehtimal etdiyini açıqlayıb.

AFN.az xəbər verir ki, bu barədə İspaniya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Beynəlxalq medianın yaydığı məlumata görə, nazirliyin açıqlamasında son 24 saat ərzində Seutaya üzərək və ya piyada daxil olan şəxslərin sayının 49 mini ötə biləcəyi bildirilib.

Xatırladaq ki, daha əvvəl Mərakeşin Kastilyexos sahillərindən İspaniyanın Şimali Afrikadakı ərazisi olan Seutaya üzərək keçməyə çalışan 800-dən çox qanunsuz miqranta müdaxilə edilmişdi.

İspaniyanın Baş naziri Pedro Sançes hadisə ilə bağlı hökumətin bütün mövcud resurslarını səfərbər etdiyini açıqlamışdı.

Qanunsuz miqrasiya cəhdlərinin kəskin artması fonunda İspaniya hökuməti təhlükəsizliyin gücləndirilməsi məqsədilə silahlı qüvvələrin Seuta bölgəsinə yerləşdirilməsi barədə qərar qəbul edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu