Böyük Britaniyanın Baş nazirindən FIFA prezidentinə sərt reaksiya
FIFA Dünya Kubokunu özəl şirkət modelinə çevirmək istədiyi bildirilən FIFA prezidenti Canni İnfantinoya növbəti sərt reaksiya Böyük Britaniyanın Baş naziri Endi Börnemdən gəlib.
AFN.az xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.
Məlumata görə, JP Morganın rəhbərlik etdiyi investorlar qrupu ilə bu istiqamətdə danışıqlar aparıldığı iddia olunur.
Endi Börnem bildirib ki, belə bir planın ümumiyyətlə gündəmə gətirilməsi belə Canni İnfantinonun FIFA-nı idarə etmək üçün doğru şəxs olmadığını göstərir.
Baş nazir bu təşəbbüsü ağılasığmaz adlandırıb.
Digər tərəfdən, İnfantinonun müşaviri olan Goldman Sachs bankının əməkdaşı Karlos Kordeiro vəzifəsindən istefa verib.
Kordeiro bildirib ki, sözügedən planın hazırlanması ilə heç bir əlaqəsi olmayıb və o, bu təşəbbüsə qəti şəkildə qarşıdır.
FIFA prezidentinin planı başda UEFA olmaqla dünya futbol qurumlarının ciddi etirazına səbəb olub.
UEFA bəyan edib ki, plan həyata keçiriləcəyi təqdirdə Dünya Kubokunu boykot edəcək. Bu bəyanatı UEFA-ya üzv olan 55 milli futbol federasiyası imzalayıb.
