Rusiya: Ukraynanın hərbi yük daşıyan gəmilərinə zərbələr endirdik
Rusiya Müdafiə Nazirliyi Ukraynanın hərbi yük daşıyan gəmilərinə qarşı hücumlar həyata keçirdiyini açıqlayıb.
AFN.az xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda bildirilib.
Açıqlamada qeyd olunub ki, Rusiya Silahlı Qüvvələri Ukraynanın limanları və gəmilərinə qarşı əməliyyatlarını davam etdirir.
Məlumata görə, Nikolayev (Mıkolayiv) limanında hərbi yük daşıyan iki quru yük gəmisi, həmçinin Qara dənizdə hərbi yük daşıyan daha iki quru yük gəmisi pilotsuz uçuş aparatları (PUA) vasitəsilə vurulub.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, bu gün ümumilikdə Ukraynaya məxsus hərbi yük daşıyan dörd gəmi hədəfə alınıb.

