Suriya İraqla sərhədə qoşun toplayır
Suriya ordusu tam döyüş hazırlığı vəziyyətinə gətirilib, hərbi hissələr İraqla sərhədə köçürülür.
AFN.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Al Arabiya" telekanalı məlumat yayıb.
Məlumata görə, Müdafiə Nazirliyi şəxsi heyəti yüksək döyüş hazırlığı rejiminə keçirib və Suriya-İraq sərhədi boyunca hərbi birləşmələr yerləşdirib. Bu tədbirlərin görülməsinin dəqiq səbəbləri açıqlanmır.
Telekanalın verdiyi xəbərə görə, bir neçə gün əvvəl Dəməşq sərhəd yaxınlığında İran tərəfindən dəstəklənən silahlı birləşmələrin fəallığını qeydə alaraq Bağdadı bu barədə məlumatlandırıb. Suriya tərəfi İraq ərazisindən ediləcək hər hansı hücuma cavab veriləcəyini xəbərdar edib və İraq hakimiyyətini öz ərazisindən Suriyaya qarşı əməliyyatlarda istifadə olunmasına imkan verməməyə çağırıb.
