ÜST: Konqo Demokratik Respublikasındakı Ebola epidemiyası mövcud imkanları aşıb



Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikasında (KDR) mayın 15-də elan olunan Ebola epidemiyasının mövcud müdaxilə imkanlarını aşdığını bildirərək təcili maliyyə və əməliyyat dəstəyi çağırışı edib. 

AFN.az xəbər verir ki, bu barədə ÜST-ün Tədqiqat və İnkişaf Planı üzrə müvəqqəti rəhbəri Vasee Murti Cenevrədə jurnalistlərə açıqlamasında danışıb.

Murti "Bu epidemiya mövcud müdaxilə imkanlarını xeyli üstələyir. Bu, ölkənin üzləşdiyi ən böyük epidemiyadır" deyə bildirib.

Onun sözlərinə görə, müalicə imkanlarının, sahə araşdırma qruplarının, təhlükəsiz dəfn xidmətlərinin və ictimai səhiyyə işçilərinin sayının artırılması üçün əlavə maliyyə və resurslara ehtiyac var.

ÜST rəsmisi vurğulayıb ki, görülən tədbirlər virusun artıq yayıldığı və gələcəkdə yayılma riski olan bölgələrə yönəldilməlidir.

Murti qeyd edib ki, Ebola virusuna qarşı təhlükəsizliyi tam təsdiqlənmiş müalicə üsulu, peyvənd və ya profilaktik dərman mövcud deyil. Bununla belə, xəstələrin vaxtında tibbi yardıma müraciət etməsinin həyat qurtara biləcəyini bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu