Yeni Zelandiya sahillərində 6,3 bal gücündə zəlzələ baş verib



Yeni Zelandiya sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alınıb. 

AFN.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Yeni Zelandiyanın şimalında yerləşən Kermadek adaları yaxınlığında olub.

Yer səthindən 226,1 kilometr dərinlikdə baş verən zəlzələ nəticəsində ilkin məlumatlara əsasən, insan tələfatı və dağıntı qeydə alınmayıb.

Zəlzələdən sonra sunami təhlükəsi ilə bağlı hər hansı xəbərdarlıq edilməyib.

Qeyd edək ki, Sakit okeanda yerləşən və Yeni Zelandiya ilə Solomon adalarını da əhatə edən "Alov halqası" (Ring of Fire) adlanan seysmik qırılma zonasında yerləşən ölkələr tez-tez zəlzələlər və vulkan püskürmələri ilə üzləşirlər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu