Zelenski: Kiyev vilayətinə hücumlarda ölənlərin sayı 17-yə çatıb



Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunun Kiyev vilayətinə gecə saatlarında həyata keçirdiyi hava hücumları nəticəsində ölənlərin sayının 17-yə, yaralananların sayının isə 44-ə yüksəldiyini açıqlayıb. 

AFN.az xəbər verir ki, Zelenski bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Zelenski bildirib ki, Rusiya gecə saatlarında paytaxt Kiyev və ətraf ərazilərə genişmiqyaslı hava zərbələri endirib.

Onun sözlərinə görə, hücum zamanı Rusiya ordusu Ukrayna ərazisinə 28 raket115 silahlı pilotsuz uçuş aparatı (PUA) buraxıb.

Ukrayna Prezidenti qeyd edib ki, əsas hədəflər mülki müəssisələrin anbarları olub. Hücumlar nəticəsində infrastruktur obyektləri və dəmir yolu stansiyası da zərər görüb.

"Müharibə ilə heç bir əlaqəsi olmayan hədəflər arasında pivə istehsalı müəssisəsi, tikinti materialları anbarları və mülki logistika mərkəzləri də var idi", – deyə Zelenski vurğulayıb.

O, müttəfiq ölkələri Ukraynaya hava hücumundan müdafiə raketlərinin tədarükünü artırmağa çağırıb və Rusiyaya qarşı tətbiq olunan sanksiyaların daha da sərtləşdirilməsinin vacibliyini qeyd edib.

Xatırladaq ki, Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti (DSNS) daha əvvəl Kiyev vilayətinə edilən hava hücumları nəticəsində 14 nəfərin öldüyünü açıqlamışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu