Yaponiya F-2 qırıcılarını Hindistana yerləşdirməyi planlaşdırır



Yaponiyanın Asahi qəzeti ölkənin Hava Özünümüdafiə Qüvvələrinə (ASDF) məxsus F-2 qırıcı təyyarələrinin ilk dəfə Hindistana yerləşdirilməsinin planlaşdırıldığını yazıb.

AFN.az xəbər verir ki, nəşrin Yaponiya Müdafiə Nazirliyindəki mənbələrə istinadən yaydığı məlumata görə, Tokio hökuməti ilk dəfə F-2 qırıcılarını Hindistana göndərməyə hazırlaşır.

F-2 qırıcı təyyarələri Yaponiya və Hindistan ordularının iştirakı ilə keçiriləcək birgə hərbi təlim çərçivəsində ölkəyə göndəriləcək.

Xəbərdə qeyd olunub ki, sözügedən yerləşdirmə Asiya regionunda Çinə qarşı balans elementi kimi qiymətləndirilir.

Qeyd edək ki, Yaponiyanın müdafiə naziri Koizumi Şinciro avqust ayının ortalarında Hindistana səfər etməyi planlaşdırır.

Səfər zamanı Yaponiya ilə Hindistan arasında ikitərəfli müdafiə əməkdaşlığının daha da gücləndirilməsi məsələlərinin müzakirə ediləcəyi gözlənilir.

Xatırladaq ki, Yaponiyanın Özünümüdafiə Qüvvələri (SDF) və Hindistan ordusu hər iki ölkənin döyüş təyyarələrinin iştirak etdiyi ilk birgə hərbi təlimi 2023-cü ildə Yaponiyada keçirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu