Cənubi Koreyada 179 nəfərin öldüyü təyyarə qəzası ilə bağlı bəzi qurumlarda axtarış aparılıb



Cənubi Koreyada polisin 2024-cü ilin dekabrında 179 nəfərin həyatını itirdiyi təyyarə qəzası ilə bağlı araşdırma çərçivəsində bəzi qurumlarda əməliyyat keçirdiyi bildirilib.

AFN.az xəbər verir ki, Yonhap agentliyinin məlumatına görə, 29 dekabr 2024-cü ildə “Jeju Air” şirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı araşdırma davam edir.

Araşdırma çərçivəsində polis Koreya Hava Limanları Korporasiyası (KAC), Nəqliyyat Nazirliyi və Busan Aviasiya Regional Ofisində əməliyyat keçirərək axtarış aparıb.

Səlahiyyətli şəxslər əməliyyatın indiyədək 74 nəfərin barəsində irəli sürülən “peşə səhlənkarlığı” şübhəsi ilə bağlı əlavə sübutların toplanmasına yönəldiyini bildiriblər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu