İlin ən möhtəşəm meteroid yağışı Perseid bu gecə zirvə nöqtəsinə çatır
İlin ən parlaq və ən məşhur meteroid yağışlarından biri olan Perseid bu gün zirvə nöqtəsinə çatır. Yeni Ay fazası sayəsində gecələr Ay işığının olmaması meteroidlərin daha aydın izlənilməsinə imkan yaradır.
AFN.az xəbər verir ki, iyul ayının ortalarından etibarən davam edən Perseid meteroid yağışı çərşənbədən cümə axşamına keçən gecə ən yüksək intensivliyə çatacaq.
Ayın qaranlıq tərəfinin Yerə doğru yönəlməsi şəhər işıqlarından uzaq ərazilərdə müşahidə keyfiyyətini artıracaq.
Meteroid yağışının zirvə dövrü bu yayın digər mühüm astronomiya hadisəsi olan tam Günəş tutulması ilə eyni vaxta təsadüf edib.
Şimal yarımkürəsində isti yay aylarına təsadüf etməsi və saatda 100-ə yaxın meteroid keçidi təmin etməsi səbəbilə Perseid ən çox izlənilən səma hadisələri arasında yer alır.
İntensivlik zirvə nöqtəsindən sonra azalsa da, meteroid keçidlərini qarşıdakı iki həftə ərzində izləmək mümkün olacaq.
Perseid meteroid yağışı Yerin 1862-ci ildə kəşf edilən 109P/Swift-Tuttle kometinin arxasında buraxdığı toz və dağıntı buludundan keçməsi nəticəsində baş verir.
Atmosferə daxil olan hissəciklər arxalarında parlaq izlər buraxaraq “od topları” adlandırılan işıqlı görüntülər yaradır.

